Media Akademiyasının dinləyiciləri üçün 2 mövzuda treninq keçiriləcək

Media Akademiyasının dinləyiciləri üçün 2 mövzuda treninq keçiriləcək
Media Akademiyasının dinləyiciləri üçün 2 sentyabr, 2010-cu il tarixində saat 10.30-dan etibarən 2 mövzuda treninqlərin keçirilməsi nəzərdə tutulur. Bu barədə SİA-ya "İrəli" İctimai Birliyindən məlumat verilib. Birinci mövzu iqtisad elminin əsaslarına həsr olunacaq. Bu mövzu daxilində iqtisad elminin predmeti, prinsipləri, günümüzün ən aktual iqtisadi problemləri barədə fikirlər səslənəcək, təqdimatın sonunda dinləyicilər mövzu üzrə qısa test suallarını cavablandıracaqlar. Treninqin ikinci mövzusu isə maliyyə sistemidir. Ölkəmizdə maliyyə sisteminin funksiyası, maliyyə vasitəçiliyinin mahiyyəti açıqlanacaq, Azərbaycan Mərkəzi Bankının ölkənin maliyyə sistemində oynadığı rolu dinləyicilərə izah olunacaq. Təqdimatın sonunda dinləyicilər bu mövzu üzrə də qısa test suallarını cavablandıracaqlar. Treninq interaktiv metodların tətbiqi ilə qarşılıqlı müzakirələr və sual cavab-formasında keçiriləcək və dinləyicilərin fəal iştirakı təmin olunacaq.Treninqin təlimçisi Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin Direktoru - Baş Direktoru Emin Hüseynov olacaq.

Qeyd edək ki, Emin Hüseynov 12 ildən çox Azərbaycanda iqtisadi siyasət quruculuğunun müxtəlif aspektləri ilə əlaqədar sahələrdə çalışıb. 1998-ci ildə Florida Ştatı Universitetinin İqtisadiyyat fakültəsini İqtisadiyyat Elmləri Magistri dərəcəsi ilə, 2009-cu ildə isə Harvard Universitetinin Kennedi Dövlət İdarəçiliyi məktəbini Dövlət İdarəetməsi üzrə Magistr dərəcəsi ilə bitirib. Emin Hüseynov Edmund S. Muskie Proqramı və Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş xaricdə təhsil üzrə Dövlət Proqramının qalibidir. Hazırda Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzinin Direktoru - Baş Direktor vəzifəsində çalışır.

Bütün xəbərlər Facebook səhifəmizdə