NATO-nun baş katibi Anders Foq Rasmussen, "Əfqanıstanda təhlükəsizliyə cavabdehliyin yerli səlahiyyətlilərə tam təhvil verilməsinə 2011-ci ildən etibarən başladılması mövzusundakı qərarın noyabr ayında Lissabonda toplanacaq NATO zirvəsində alınmasına ümid etdiyini" söyləyib.
SİA-nın məlumatına görə, Rasmussen NATO-nun baş katibi kimi öz ölkəsi Danimarkaya səfəri ərəfəsində bu ölkənin "TV2 NEWS" televiziyasına verdiyi açıqlamasında, müttəfiq ölkələrin Əfqanıstandakı mülki insanlarının, eləcə də hərbi qüvvələrinin itkilərinin rekord səviyyəyə çatdığına işarə edərək, "Əfqanıstandakı təhlükəsizliyin tam təmin edildiyini söyləmirəm, çünki bu belə deyil. Ancaq irəliləyiş var" deyib.
Əfqanıstan prezidenti Həmid Kərzainin ölkənin təhlükəsizliyinin bütün məsuliyyətini 2014-cü ilə qədər hələ də NATO və ABŞ tərəfindən təmin edilməsini istədiyini xatırladan Rasmussen bu mövzuda Kərzaini dəstəklədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB