AXCP-Müsavat daha 3 seçki dairəsi üzrə razılığa gəlib

AXCP-Müsavat daha 3 seçki dairəsi üzrə razılığa gəlib

AXCP-Müsavat birliyi parlament seçkilərinə namizədlərin müəyyənləşməsi prosesində daha 3 seçki dairəsi üzrə razılığa gəlib. SİA-ya açıqlamasında bu haqda AXCP-nin sədr müavini Nurəddin Məmmədli deyib.

 

N.Məmmədli bu həftənin sonuna kimi namizədlərin müəyyənləşməsi işinin yekunlaşacağını bildirib: "Həftənin sonuna proseslə bağlı müzakirələr davam etdiriləcək. Razılaşdırılmayan seçki dairələri isə mübahisəli dairələr olaraq qalacaq".

 

AXCP-nin sədr müavini sözügedən birliyə digər siyasi partiyaların qoşulma ehtimalının olmadığını bildirib. Bununla belə o, təmsil etdiyi partiya adından bir neçə ictimai təşkilat rəhbərinin seçkilərdə dəstəklənəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə