Məktəblilər hərbi dənizçilərin qonağı olub

Məktəblilər hərbi dənizçilərin qonağı olub

Bakı şəhəri Nəsimi rayonu 164 nömrəli tam orta məktəbin şagirdləri Hərbi Dəniz Qüvvələri bazasını ziyarət ediblər. SİA-nın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hərbi hissə və təlim gəmisinə baş çəkən məktəblilər matroslarla görüşüb, onların məşqlərini izləyib və sosial-məişət şəraitləri ilə tanış olublar. Şagirdlər şəxsi heyət qarşısında vətənpərvərlik şeirləri və mahnılarından ibarət konsert proqramı ilə çıxış ediblər.

Sonda xatirə fotosu çəkdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə