Türkiyədə antiterror əməliyyatı Terrorçu kommunistlər ələ keçirildi

Türkiyədə antiterror əməliyyatı Terrorçu kommunistlər ələ keçirildi

İzmirdə keçirilən antiterror əməliyyatında təhlükəsizlik qüvvələri solçu İnqilabçı Kommunistlər Birləşmiş Azadlıq Gücləri (DKB/BÖG) terrorçular şəbəkəsinin 11 üzvünü saxlayıb. SİA -nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İzmir prokurorluğunun apardığı istintaq tədbirləri nəticəsində şəhərin Terrorla Mübarizə Şöbəsi qrupu Suriyada öldürülən və kod adı "Mehmet" olan DKB/BÖG üzvü Ulaş Bayraktaroğlunun intiqamını almaqdan ötrü terror şəbəkəsinin Türkiyəyə sızdığını ifşa edib. Nəticədə İzmirin Konak və Bayındır rayonları ərazisində keçirilən əməliyyatda haqlarında tutulma qərarı verilmiş 11 şübhəli şəxs saxlanılıb.

Əməliyyat zamanı sol meylli Türkiyə İnqilabçı Partiyasının İzmirdəki baş qərargahında da yoxlamalar aparılaraq, oradan təşkilata aid yazılı və digital sənədlər götürülüb. İnqilabçı partiyanın DKB/BÖG terror təşkilatı ilə əlaqələrinin olması ətrafında yoxlamalara başlanılıb.

Qeyd edək ki, öldürülmüş terrorçuların matəm guşəsi və oradakı fotoşəkilləri qarşısında yandırılan şamlar qərargaha daxil olan antiterror əməliyyatçılarının diqqətini cəlb edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə