"Bakı prosesi ilk başlandığı gündən mədəniyyətlərarası dialoqa öz töhfəsini verir. Builki forumdan da gözləntimiz budur". SİA-nın xəbərinə görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMT ÜTT) Baş katibinin müavini Əmr Abdel Ghaffar IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, turizm iqtisadi sahə olmaqla yanaşı dostluq körpülərin qurulmasında da mühümdür: "Turizm 2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində mühüm yer tutur. Sabah forum çərçivəsində xüsusi sessiyamız nəzərdə tutulub ki, orada bu sahənin inkişafı ilə bağlı 5 əsas istiqamət müzakirə olunacaq. Biz ümid edirik ki, paneldə iştirak edənlərin sayı çox olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB