Politoloq: “Forumun ölkəmiz üçün uğurlar gətirəcəyinə kimsənin şübhəsi olmasın” MÜNASİBƏT

Politoloq: “Forumun ölkəmiz üçün uğurlar gətirəcəyinə kimsənin şübhəsi olmasın” MÜNASİBƏT

"Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə təşkil olunan növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin uğuru kimi qəbul edilməlidir". Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, 4-cü dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə təşkil olunması bir daha dünya ölkələrinin diqqətini Azərbaycana yönəldəcək və Azərbaycan dövlətinin dünya ölkələri üçün necə əhəmiyyətli olmasını bir daha göstərmiş olacaq: "Qeyd edək ki, bu forumun tərəfdaşları dünyanın nüfuzlu beynəlxalq təşkilatları olan UNESCO, İSESCO, Avropa Şurası böyük təşkilatlardır və buna görə də bu cür forumların ölkəmiz üçün uğurlar gətirəcəyinə kimsənin şübhəsi ola bilməz.

Həmçinin də onu qeyd etməliyik ki, bu cür forumların ölkəmizdə təşkil olunması zamanı Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat veriləcək və dünyanın müxtəlif ölkələrindən foruma qatılan nüfuzlu şəxslərə bu problem haqqında bir daha məlumat vermiş olacağıq. Eyni zamanda bu forum bir daha Azərbaycanın multikultural bir ölkə olmasını şərq ilə qərb arasında mədəni və hümanitar əlaqələrin qurulmasında xüsusi rola malik olan bir ölkə olduğunu təsdiq edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə