NATO: "Türkiyə Avropada təhlükəsizliyin açarıdır"

NATO: "Türkiyə Avropada təhlükəsizliyin açarıdır"

Türkiyə Avropada təhlükəsizliyin açarıdır. Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq "Velt am Sontaq" qəzetinə açıqlamasında deyib. O, Türkiyənin NATO üçün önəmli ölkə olduğunu bildirib: "Şübhəsiz ki, Türkiyə olmadan NATO zəifdir. Bu ölkənin coğrafi mövqeyini nəzərə alaraq, İraq və Suriyada İŞİD-ə qarşı çox böyük önəmə sahib mübarizə aparır".

Türkiyəni tənqid edən ölkələrə çağırış edən NATO rəhbəri tərəfləri təmkinli olmağa dəvət edib: "Müttəfiqlər qarşılıqlı olaraq bir-birlərinə hörmət etməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə