Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, Təhsil və Sosial Məsələlər Komitəsinin Bakıda keçirilən 48-ci iclası davam edir. SİA-nın xəbərinə görə, tədbirdə ilk çıxış edən komitənin sədr müavini Özcan Ulupınar iclasın gündəliyinə daxil olan məsələlər barədə məlumat verib. O qeyd edib ki, gündəliyə daxil olan mədəniyyət, təhsil, sosial məsələlələr həm Azərbaycan, həm də QDİƏT üçün və bu təşkilatın yerləşdiyi region üçün mühüm əhəmiyyət kəsb edir: "Bu, dünyaya müsbət təsir göstərəcək mühüm bir mövzudur. Xüsusilə də regiondakı mədəniyyət, təhsil və sosial məsələlərlə bağlı çoxtərəfli əməkdaşlığın inkişaf etirilməsində əhəmiyyətli bir rol oynamaqdadır. Bu təşkilat krizlərə, böhranlara cavab vermək məqsədilə bir çox ciddi və mühüm addımlar atır. Səhiyyə nazirlikləri xəstəxənaların sayını artırır, müvafiq dərmanların verilməsi, lazımi tədbirlərin görülməsi üçün müvafiq mənbələrin ən yaxşı şəkildə istifadə edilməsi məqsədilə çox ciddi addımlar atır və bu cür əhəmiyyətli tədbirlər keçirilir. Bundan sonra da təşkilat qarşılıqlı şəkildə yardımlaşmaya, səhiyyə sisteminin fəaliyyətinin artırılmasına xidmət etməlidir və bu potensiala da sahibdir".
Komitə sdəri vurğulayıb ki, bütün qəbul edilən sənədlərdə qarşılıqlı yardımın, insan haqlarının qorunması təşkilatın xüsusi hədəfi olmalıdır: "Günümüzdə rast gəlinən səhiyyə problemlərinə reaksiya verilməli, atılan addımlar öz müsbət nəticəsini göstərməli və icitmaiyyətin diqqətinə çatdırılmalıdır. Bu təşəbbüsləri inkişaf etdirmək üçün səylərimizi səfərbər etməliyik".
Daha sonra çıxış edən Milli Məclisinin birinci vitse-spikeri Ziyafət Əsgərov QDİƏT PM-nin komitəsinin 48-ci iclasının açılışı münasibətilə hər kəsi təbrik edərək. tədbir iştirakçılarına Milli Məclisin spikeri Oqtay Əsədovun salamlarını çatdırıb. Komitənin günədliyinə daxil olan məsələlərin təşkilata üzv olan ölkələr üçün mühüm əhəmiyyət kəsb etdiyini deyən Z. Əsgərov qeyd edib ki, iclasda aparılan fikir mübadiləsi təşkilatın qarşısındakı vəzifələrin yerinə yetirilməsinə kömək edəcək.
Daha sonra Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri və PA-nın sədr müavini Asəf Hacıyev çıxış edərək komitənin fəaliyyətinə uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB