Azərbaycan və Gürcüstan arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Gürcüstan arasında məsləhətləşmələr keçirilib

19 aprel 2017-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib. SİA-nın XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə həmçinin hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və Azərbaycan Respublikasının əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.

Dövlət sərhəd xəttinin keçməsi ilə əlaqədar məsələlərə baxılıb və Komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb.

Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və Komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib. Görüşünvaxtı diplomatik kanallar vasitəsilə müəyyən ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə