Ekspert: “Ermənistanın mövcudluğu sual altındadır” AÇIQLAMA

Ekspert: “Ermənistanın mövcudluğu sual altındadır” AÇIQLAMA

"Ermənistanda həm iqtisadi, həm də hərbi böhran dərinləşib. 2014-cü ilin avqust ayında onların diversiya qrupları darmadağın edildi, ardınca cəbhə bölgəsində helikopterləri vuruldu. 2016-cı ilin aprelində isə ermənilər çox pis məğlubiyyətə uğradılar. Ohanyan xətti 40 dəqiqədə alt-üstü oldu. Seyran Ohanyan başqa olmaqla 10-a qədər general istefaya göndərildi. Ermənistan ordusunda hələ belə hal olmamışdı.Ermənistanın Müdafiə Nazirliyinin sistemi bütünlükdə dəyişildi. Bundan sonra orada vəziyyət daha da gərginləşdi". Bunu SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi eskpert Emin Həsənli deyib.

O qeyd edib ki, Ermənsitan sərsəm bəyanatlar və təhdidlərlə daxili ictimaiyyətini sakitləşdirməyə çalışır: "Ermənistanın Rusiyanın forpostu olduğunu hər kəs bilir. Düşmən ölkə Rusiyadan, diasporası isə Qərbdən asılıdır. Ermənistanın Rusiya və ABŞ-dan əldə etdiyi silahları istifadə edəcək peşəkar ordusu, əsgərlərinin mənəvi-psixoloji hazırlığı yoxdur. Bunu ötən ilin aprel döyüşləri də sübut etdi. Ermənistan müharibə ritorikası ilə öz daxili ictimaiyyətini sakitləşdirməyə çalışır. Serj Sarkisyan rejimi ölkəsini elə bir hala salıb ki, Ermənistanın bölgədə mövcudluğu sual altındadır. Orada iqtisadi böhran dərinləşir, əhalinin ölkədən qaçışı sürətlənir, orduda özbaşınalıq artır. Ermənilərin Azərbaycanın işğal etdikləri ərazilərində yaratdıqları mif ordumuz tərəfindən bir neçə dəqiqədə dağıdıldı. İndi onlar bu təhdidlərlə yeni mif yaratmağa cəhd edilər. Düşmən ölkənin seçkiləri aprelin 2-nə təyin etməsi də aprel hadisələrini unutdurmaq üçün idi. Ancaq əksinə oradavəziyyət daha da pisləşib. İndiki durum çox çəkməyəcək. Ermənistan Azərbaycanın ərazilərini tərk etməsə, müharibə qaçılmaz olacaq və torpaqlarımızı azad edəcəyik. Bu da Azərbaycana beynəlxalq hüququn verdiyi haqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə