Balakən rayonunda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının XI konfransı keçirilib. Konfransın işində YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatları Nəsib Məhəməliyev və Kamilə Əliyeva iştirak ediblər.
Konfransı giriş sözü ilə YAP Balakən rayon təşkilatının sədri Azad Balayev açaraq, öncə konfrans iştirakçılarını Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət edib.

Həmçinin, XI konfrans iştirakçıları X konfransdan sonra dünyasını dəyişmiş partiya üzvlərinin də xatirələrini anıblar.
Sonra məruzələr dinlənilib. Konfransda rayon təşkilatı sədri Azad Balayev, nəzarət-təftiş komissiyasının sədri Ramazan Saramanov, qadınlar şurasının sədri Züleyxa Dibirova, gənclər birliyinin sədri Sarxan Hacıyev məruzə edərək, rayon təşkilatının ötən illərdə apardığı uğurlu işlər ətrafında fikirlər səsləndiriblər.

Şəhər 4 ərazi ilk partiya təşkilatının sədri Leyla Rəcəbova, partiya veteranı Tinov Bağmanov çıxış edərək, Yeni Azərbaycan Partiyasının qələbə və zəfər partiyası olduğunu vurğulayıblar.

Konfransda Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev yekun nitq söyləyərək, partiyanın bundan sonra da ölkənin quruculuğu və inkişafında aparıcı rol oynayacağını qeyd edərək, balakənlilərin hər zaman Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdiklərini vurğulayıb.

YAP Balakən rayon təşkilatının XI konfransında partiyanın mərkəzi aparatının məsul işçisi Emil Abasov da iştirak edib.

Konfransın sonunda təşkilat sıralarına qəbul olunmuş onlarla Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olunub.
Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB