"Milli şura"nın əsas şüarı METRODA ÖPÜŞMƏYƏ İMKAN VERİN!

Radikal müxalifətin "möhtəşəm" mitinqlərinin sonuncusu da tarixin arxivinə atıldı. Əli-Cəmil duetinin araya-ərsəyə gətirdiyi iftira, gopologiya "monoqrafiyası" son akkordlarını çala-çala getdi.

Müşahidələrimizdə maraqlı məqamlar ortaya çıxıb. Bura gələn mitinq həvəskarlarının sıraları hər dəfə seyrəlir, bu, inkaredilməzdir. Hər dəfə də eyni şüarlar, kommunist təfəkkürlü çıxışlar, qarayaxmalar, başqalarının problemindən, düşdüyü vəziyyətdən sui-istifadə halları. Amma Əli-Cəmil dueti bu binəvaların saqqızını elə oğurlayır, elə mahnılar oxuyurlar ki, mitinqin sonuna kimi aldandıqlarını başa düşmürlər. Hələ siz mitinqdən sonra bura hansısa ümidlə gələn insanların Əli Kərimlinin ünvanına hansı söyüşləri işlətdiklərini eşitsəniz məsələnin nə qədər acınacaqlı olduğunun fərqində olarsınız.

Bu gün keçirilən mitinqin də ssenarisi, iştirakçıları, şüarları demək olar ki, dəyişməmişdi. Amma...

Əmması da budur ki, bu şüarların biri son günlər sosial şəbəkələrdə daha çox müzakirə olunan və əksəriyyətin əxlaqsızlıq kimi qələmə verdiyi "metroda öpüşmək" halları ilə birbaşa bağlı idi. Məsələ bundadır ki, əksəriyyət belə bir halın əxlaqsızlıq olduğunu nəzərə alıb etiraz edir. Milli şuranın mitinqində isə əksinə - "Metroda öpüşməyə imkan verin" şüarı ön cərgələrdə idi. Başa düşmək olmur, özünü siyasi cərəyanın təmsilçisi kimi təqdim edən, hakimiyyətə iddialı "milli şura"nın platforması, nizamnaməsi budurmu?

Mənim təlxək siyasətçilərə yox, sadə, aldanmış insanlara yazığım gəlir. Onları başdan çıxarıb, tovlayıb mitinqlərə gətirənlər barı o dünyalarından qorxsunlar. Çünki, bu dünyada çoxdan rənglərini itiriblər...

Bütün xəbərlər Facebook səhifəmizdə