"Aprel döyüşləri Dağlıq Qarabağın unudulması, əldən getməsi ilə bağlı danışanlarla bağlı mifi dağıtmış oldu. Azərbaycan hakimiyyəti sübut etdi ki, biz Dağlıq Qarabağı heç kimə güzəştə getmək fikrində deyilik, hər zaman müharibəyə hazırıq. Sadəcə Azərbaycan münaqişənin həlli ilə bağlı uzanan müddət ərzində öz gücünü, resurslarını daha da möhkəmləndirdi və həqiqətən də aprel döyüşləri bütün dünya üçün "şok" idi". Bunu SİA-ya açıqlamasında politoloq, deputat Elşən Musayev deyib.
Onun sözlərinə görə, aprel döyüşləri uzun illərdən sonra ölkəmizin hərbi zəmində böyük qələbəsi idi:
"Ermənistan həmin döyüşlərdən sonra ilk dəfə olaraq qorxuya düşdü. Düşmən ölkə gördü ki, artıq böyük dövlətlər belə münaqişəyə mane ola bilmirlər. Onların fikri alınan torpaqları ya danışıqlar, ya da təsir yolu ilə geri qaytarmaq idi. Lakin onlar gördülər ki, Azərbaycan siyasətinin də bir diplomatiyası var. Cənab Prezidentin Cocuq Mərcanlıda tikintilərin başlanması ilə bağlı verilən sərəncam və tapşırıqlar, işğaldan azad edilmiş torpaqlarımızda yeni infrastrukturun qurulması hədəfimizə, irəli gedəcəyimizə dəlalət edir. Hesab edirəm ki, artıq bu diplomatiya dirənib. Ehtiyac olsa, Azərbaycanın Ali Baş Komandanın bir əmri ilə bütün xalqımız, ordumuz çox az müddətdə torpaqlarımızı geri qaytarmağa qadirdir".
E. Musayev qeyd edib ki, Ermənistanda isə etirazlar yüksələn dinamika ilə davam edəcək: "Düşmən ölkənin hakimiyyətində kimlərin təmsil olunmasından asılı olmayaraq, nəhayətdə onlar da Ter-Petrosyan kimi qənaətə gələcəklər ki, Azərbaycan torpaqları geri qaytarılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB