“Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanmanın aktiv iştirakçısıdır” Lavrov

“Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanmanın aktiv iştirakçısıdır” Lavrov

"Rusiya Dağlıq Qarabağ münaqişəsi üzrə nizamlanmanın aktiv iştirakçısıdır". SİA-nın məlumatına görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla diplomatik əlaqələrin 25-ci ildönümü münasibətilə "Novoye vremya" qəzetində dərc olunan məqaləsində qeyd edilib. Nazir vurğulayıb ki, Rusiya digər həmsədr ölkələr Fransa və ABŞ-la birlikdə tərəflərə münaqişənin davamlı həllinə nail olmaq istiqamətində kömək edir: "Bu məsələnin həlli üzrə ötən ilin yayında Rusiya prezidentinin təşəbbüsü ilə Sankt-Peterburqda üçtərəfli sammit keçirilib. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi Rusiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli görüşlərində və xarici işlər nazirləri arasında çoxsaylı təmaslarda müzakirə olunur. Bir sıra razılıqlar əldə olunub, bir neçə məsələ qalıb, amma bunlar ən çətinləridir. Ancaq məlumdur ki, işin yekunu ilk növbədə tərəflərin siyasi iradəsindən, onların kompromisli qərara hazır olmasından asılıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə