Baş nazir: “Bu, yeni hərbi əməliyyat sayılacaq” "Fərat qalxanı"na son
Türkiyə ordusu Suriyanın şimalında keçirdiyi "Fərat qalxanı" hərbi əməliyyatlarını dayandırıb. SİA xəbər verir ki, bu barədə çərşənbə günü axşam "Daily Sabah" ölkənin baş naziri Binali Yıldırıma istinadən məlumat yayıb. Baş naziri bildirib ki, qarşıya qoyulan məqsədə nail olunub.
"Əgər bu andan etibarən "İslam Dövləti"nə, yaxud bizə təhlükə yarada biləcək başqa kimlərəsə qarşı hərəkətə keçəcəyiksə, artıq bu yeni hərbi əməliyyat sayılacaq"-deyə Türkiyənin hökumət başçısı əlavə olaraq onu da deyib ki, bu baş verərsə, əməliyyatın yeni adı olacaq.
Qeyd edək ki, Türkiyə ordusu ötən ilin avqustundan Suriya ərazisində Ankaranın da dəstək göstərdiyi loyal müxalifətin dəstəyi ilə "Fərat qalxanı" adlı hərbi əməliyyatlara başlamışdı. Qarşıya qoyulmuş məqsədlərdən biri Suriya-Türkiyə sərhədlərindəki terrorçuları məhv etmək idi.
Bundan əlavə, türk silahlı qüvvələrinin hərəkəti zamanı Suriyanın şimalında "İslam Dövləti"nə qarşı döyüşən kürd silahlılarının irəliləməsinin də qarşısı alınmışdı. Rəsmi Dəməşq isə Ankaranın hərbi əməliyyatlara başlamasını "aqressiya" adlandırmışdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB