Böyük Britaniya Aİ-dən çıxmaq barədə rəsmi bildiriş təqdim edib

Böyük Britaniya Aİ-dən çıxmaq barədə rəsmi bildiriş təqdim edib

Böyük Britaniya Avropa İttifaqından çıxmaq barədə Brüsselə rəsmi bildiriş göndərib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, Böyük Britaniyanın Avropa İttifaqındakı nümayəndəsi Tim Barrou baş nazir Tereza Meyin imzaladığı məktubu Avropa İttifaqı Şurasının sədri Donald Tuska təqdim edib. Tusk öz "Twitter" səhifəsində "Madə 50 məktub" (The Article 50 letter) paylaşımını edib.

Qeyd edək ki, Lissabon razılaşmasının 50-ci maddəsinə əsasən Aİ-ni tərk etmək istəyən ölkə rəsmi bildiriş göndərdikən iki il sonra bunu etməlidir. Belə olan halda Birləşmiş Krallıq 2019-cu il martın 29-da Aİ-ni tərk etməlidir. Aİ-dən çıxmaqla bağlı qərarı beitaniyalılar2016-cı il 23 iyun tarixində keçirilən referendumda qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə