Siyasi şərhçi: “Sarkisyanın açıqlamaları yalnız gülüş doğura bilər” MÜNASİBƏT

Siyasi şərhçi: “Sarkisyanın açıqlamaları yalnız gülüş doğura bilər” MÜNASİBƏT

"Bizdə bir deyim var: vuran oğul dayısına gənəşməz. İndi bu Sarkisyan da vuran oğuldursa, buyursun, Azərbaycanı "İsgəndər" silahları ilə vursun. Təbii ki, vura bilməz. Elə onların öz içindən olanlar Sarkisyanın bu açıqlamasını qeyri-ciddi qəbul edir, lağa qoyur". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Ermənistanda da ağlı başında olan adamlar var və onlar anlayır ki, o dövlətə başçılıq edən şəxsin belə açıqlamaları yalnız gülüş doğura bilər: "Azərbaycan indi 25 il öncəki zəif, dağınıq, qarmaqarışıq ölkə deyil. İndi Ermənistanın qarşısında güclü ordusu, iqtisadiyyatı, vahid lideri və vahid strategiyası olan bir Azərbaycan var. Ona görə də bu ölkənin rəhbərləri Azərbaycanı hədələyəndə yalnız gülüş hədəfi olacaqlarını anlamalıdır. Anlamırlarsa, bu onların faciəsidir, bizim deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə