“Sarkisyan özü terrorla hakimiyyətə gəlib” MÜNASİBƏT

“Sarkisyan özü terrorla hakimiyyətə gəlib” MÜNASİBƏT

"Ümumiyyətlə bu gün Ermənistan hətta köhnə illərə münasibətdə belə ən çətin dövrlərini yaşayır. Bu həm siyasi, iqtisadi, həm də Qarabağla bağlı Azərbaycanın dirənişi, dünya hegemonlarının artıq Ermənistanı sıxması ilə bağlıdır. Məsələ burasındadır ki, son vaxtlar Sarkisyanın bütün cəhdlərinə, xarici səfərlərə, hətta o Dağlıq Qarabağda verdiyi cılız bəyanatlara baxmayaraq öz reputasiyasını azacıq da olsa bərpa edə bilməyib". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.

Onun sözlərinə görə, Ermənistanın parlament seçkiləri Azərbaycanın uğurlu aprel döyüşlərinin ildönümünə düşür: "Ona görə də Sarkisyan əməlli-başlı səksəkədədir. Təbii ki, o parlament seçkilərində acı məğlubiyyətin yaxınlaşdığını duyur. Onun bu seçkilərə süni yollarla əl qatacağı hələ bilinmir. Əgər orada seçki demokratik olsa, Sarkisyanın komandasının, onun tərəfdarlarının məğlubiyyəti artıq qaçılmazdır. Sarkisyanın bu parlament seçkiləri onun siyasi enişinə səbəb olacaq. Hətta gözləyirəm ki, o parlament seçkilərindən dərhal sonra devrilsin. Ümumiyyətlə Sarkisyan özü terrorla hakimiyyətə gəlib. Bunu birbaşa istintaqda sübut edir".

Bütün xəbərlər Facebook səhifəmizdə