Milli Məclisin deputatı Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək

Milli Məclisin deputatı Musa Quliyev martın 25-dən 28-dək Bolqarıstanın paytaxtı Sofiya şəhərində səfərdə olacaq. Parlamentin mətbuat xidmətinin məlumatına görə, deputat Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı missiyasının tərkibində Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək.

Musa Quliyev digər müşahidəçilərlə bərabər bir sıra seçki məntəqələrində olacaq, prosesin gedişinə və vətəndaşların fəallığına diqqət yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə