Baş nazir: "Aprel döyüşləri hərb tariximizə zəfər səhifəsi kimi yazılıb"

Baş nazir: "Aprel döyüşləri hərb tariximizə zəfər səhifəsi kimi yazılıb"

"Bu gün ölkənin Silahlı Qüvvələrinin xaricdə və daxildə istehsal olunan müasir silahlarla təchiz edilməsi taktiki hədəflərə çatmaqla yanaşı, strateji vəzifələrin də yerinə yetirilməsini təmin edir. Bütün bunlar Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi yüksək səviyyəli diqqət və qayğısını göstərir". SİA-nın xəbərinə görə, bunu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatını Milli Məclisdə təqdim edən baş nazir Artur Rasizadə deyib.

2016-cı ilin aprelində baş verən döyüşlərin ölkənin hərb tarixinə zəfər səhifəsi kimi yazıldığını deyən baş nazir söyləyib ki, təcavüzkar Ermənistanın növbəti təxribatına verilən qəti və tutarlı cavab ordunun yüksək döyüş ruhunu göstərdi: "Hərbi əməliyyatlar torpaqların azad edilməsinin uzunmüddətli danışıqlar yolundan başqa, hərb yolunun da mövcud olduğunu və Azərbaycan əsgərinin qələbə əzmini nümayiş etdirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə