Oqtay Əsədov: "Hökumət deputatların təkliflərini nəzərə alıb"

Oqtay Əsədov: "Hökumət deputatların təkliflərini nəzərə alıb"

"Hökumət tərəfindən Milli Məclisə təqdim olunan 2016-cı ilin hesabatından da görünür ki, dünyada qeyri- müəyyənlik davam edir. Lakin Azərbaycan prezidentinin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına az ziyan dəyib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov plenar iclasda çıxış edərkən deyib.

Onun sözlərinə görə, görülən işlər nəticəsində Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də qoruyub saxlayıb: "Ötən il Milli Məclisdə təqdim olunan hesabat zamanı deputatlar tərəfindən irəl sürülən təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. 50-yə qədər təkliflə bağlı işlər görülüb və bu barədə Milli Məclisə ətraflı məlumat təqdim edilib".

Bütün xəbərlər Facebook səhifəmizdə