Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

Ermənistan müşahidəçi göndərmək üçün Azərbaycana müraciət edib

Ermənistanın baş naziri Karen Karapetyan aprelin 2-də keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərmək üçün MDB-yə üzv dövlətlərə məktub göndərib. SİA "Aysor.am"a istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsi rəhbərinin müavini Viktor Quminski İrəvanda jurnalistlərə deyib. O, Azərbaycanın müşahidəçi göndərə bilməsi ilə bağlı suala cavabda bildirib ki, məktub bütün ölkələrə göndərilib: "Lakin Rusiya, Türkmənistan, Qazaxıstan, Ukrayna və Belarus müsbət cavab verib və həmin ölkələrdən 76 müşahidəçi seçkini izləyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə