Deyəsən, keçən il idi. Bir köşə yazımda, əksər Avropa ölkələrinin Türkiyədən möhkəm təşvişə düşdüklərini, 50 ildən çoxdur ki, Avropa Birliyinin qapısından içəri buraxmaq istəmədikləri NATO-nun aparıcı üzvü olan bu müsəlman ölkəsinə qarşı, həttda "soyuq müharibənin" ən şiddətli vaxtında belə, ehtiyatla davrandıqlarını yazmışdım. O vaxt Türkiyə ilə Avropa Birliyi arasında siyasi gərginlik elə də "tavana dırmanmamışdı".
Amma bu gün vəziyyət tam başqadır. Deməli, məsələ belədir: Türkiyədə prezidentlik üsul idarəsinə keçidlə bağlı referendum keçiriləcək və Avropadakı türklərlə görüşmək üçün Türkiyə hökümətinin üzvləri bir sıra ölkələrə gedirlər. Onsuz da Türkiyə xofundan gecələr də yatmayan avropalı siyasətçilər arasında əsl qiyamət də bundan sonra başlayıb!.
Almaniyadan sonra artıq Hollandiya da Türkiyə rəsmilərinin bu ölkədə tədbir keçirməsinə, türk əhalisi ilə görüşməsinə icazə verməyib. Amma ən dəhşətli anlar sonra yaşanıb. Hollandiya höküməti, Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun təyyarəsinin Amsterdama enməsinə qadağa qoyub!. Üstəlik, digər Türkiyəli bir xanım nazirin Hollandiyaya girməməsi üçün Almaniya ilə sərhəddə əsl barrikada qurulub. Daha sonra, dilomatik toxunulmazlığı ola ola xanım nazir və dövlət nümayəndələri polisin mühasirəsinə düşüb. Bu, artıq diplomatik skandaldan açıq düşmənçiliyə keçiddir.
Bu gərginliyin ilk "siqnalını", Hollandiyadakı irqçi və əsl faşizm təbliğatı yayan Azadlıq partiyasının lideri olan Qrit Valders vermişdi bir neçə gün qabaq. O, açıq şəkildə bəyan etmişdi ki, Ərdoğan əlində islam bayrağı tutub, türklər müsəlman olduğu üçün Avropaya girə bilməzlər. Bax, artıq tam əmin olduğumuz bir məsələ var. Mədəni və dilomatik deyimdə desək, Avropa irqçiliyin yuvasına çevrilir. Başqa mənada ifadə etsək, Adolf Hitlerin ideyaları Avropanın başının üstünü kəsdirib. Artıq Almaniyanın ardınca Hollandiya da qatı xristian mövqeyi seçərək, islama qarşı "nifrət qusmağa" başlayıb. Bəli, açıqdan-açığa əsl XRİSTİAN irqçiliyi!.
Əslində Angela Merkelin və başqa irqçi avropalı siyasətçilərin Türkiyəyə qarşı amansız nifrətləri Ərdoğanın hansısa bədən üzvündən xoşlarının gəlib-gəlmədiyi ilə bağlı yaranmayıb. Dəfələrlə keçirilən mətbuat konfranslarında qoca Merkelin Ərdoğanı heyranlıqla süzdüyü kameralardan yayınmayıb. Amma məsələ Ərdoğanın Türkiyəni NATO-nun qapazaltı ölkəsi durumundan çıxarıb, Osmanlı dövründəki Avropanın hesablaşacağı supergücə çevirmək ideyasındadır. Bu, artıq Avropa üçün qəbuledilməzdir!.
Avropanın belə irqçi hala gəlməsində baş rolu, Almaniya kansleri tutur. Barak Obamadan sonra hakimiyyətə gələn Donald Trampın, Ağ Evin bütün siyasi maskasını sözün əsl mənasında yırtıb atan addımları, yalançı "demokratiya" təbliğatının əslində başqalarını "tilova salmaq" üçün balığ toruna bənzər bir siyasi alət olduğunu elan etməsi, ardınca ABŞ rəhbərlərinin bu vaxta qədər yürütdükləri xarici siyasətə görə utanc hissi keçirdiyini açıqlaması, ən əsası isə ABŞ-ın bu vaxta qədər Avropanın yükünü daşıdığını və bundan sonra "artıq yükdən" imtina edəcəyini deməsi, A.Merkeli hərəkətə keçirib.
Açıq deyirəm, Adolf Hitlerin ideyalarını işə salmaq və Avropanı Almaniyanın cənginə keçirmək üçün A.Merkelin əlinə əla fürsət düşüb. İrqçilik siyasətini bütün Avropaya yaymaq, miqrantlar əleyhinə kampaniyaya start verib, avropalılarda anti-müsəlman əhval-ruhiyyəsi yaratmaq, D.Trampın simasında artıq ABŞ-ın "arzuolunmaz müttəfiq" obrazını yaratmaq Almaniya kansleri üçün indi əsas məsələdir.
Vaxtı ilə A.Hitler də öz doktirinası ilə İtaliya qarışığ bütün Avropanı öz cənginə götürmüşdü. Bu, bir irqçilik və faşist doktirinasıdır. A.Merkel, açıq-aşkar hazırkı vəziyyətdə Almaniyanı Avropanın "lokomotivi" edə bilmək üçün var gücü ilə ortaya atılıb. Həm də Osmanlı Türkiyəsinin ayağını bütün Avropadan kəsmək, əsas müsəlman dövlətinin Avropadakı rıçaqlarını birdəfəlik yox etmək üçün. A.Merkel gözəl anlayır ki, qısırlaşan Avropada müsəlman geninin çoxalması, xristian və ən əsas da irçilik təfəkkürünün tarixin qəbiristanlığına gömülməsi ilə başa çatacaq. Müsəlman miqrantlara qəddar münasibətin də bir ucu gəlib bu məsələyə birləşir. Onsuz da hollandların "məsələsi" məlumdur. Bir sözlə, irqçilik və faşizm Avropaya qayıdır. Dünyada hər şey yenidən başlayır..
Mətləb salahov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB