Cəbhədə zorakılığın artması riski yüksəkdir Hoqland

Cəbhədə zorakılığın artması riski yüksəkdir Hoqland
"Bizim hərbi ritorikanın artması barədə xəbərimiz var və buna görə də fəaliyyətimizi daha intensivləşdirəcəyik". SİA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland Bakıda keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, üç həmsədr ölkə Rusiya daxil olmaqla diplomatik fəaliyyətin vacibliyini vurğulayıblar: "Hərbi ritorikanın artması fonunda zorakılığın artması riski indi daha yüksəkdir. Amma istənilən insan müharibənin əleyhinədir. Çünki müharibə ailələrə, iqtisadiyyata, bütün sahələrə ziyan gətirir. Müharibə əsil faciədir. Ona görə də hesab edirəm ki, diplomatiyadan hər zaman tam şəkildə istifadə etməliyik". Hoqland vurğulayıb ki, diplomatiyanın qüvvəsinə inanmasaydı, bu işlə məşğul olmazdı.

Bütün xəbərlər Facebook səhifəmizdə