Deputat: “Sarkisyanın yalvarışlarının nəticəsi olmayacaq” AÇIQLAMA

Deputat: “Sarkisyanın yalvarışlarının nəticəsi olmayacaq” AÇIQLAMA

"Sarkisyanın Fransaya səfərinin məqsədi ilk baxışdan Ermənistan-Fransa iqtisadi əlaqələrin canlandırılması kimi görünsə də, bu əslində və reallıqda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi olub". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, Sarkisyan Qarabağda yenidən müharibənin başlayacağından qorxur: " O bilir ki, geniş maştablı müharibə başlanarsa Azərbaycan ordusunun qabağında dayana bilməyəcək və uzun illər işğal altında saxladığı torpaqlardan qaçmağa məcbur olacaq. Bu da onun imicinə böyük təsir edir. Fransa ATƏT-in həmsədrlərindən biridir və Sarkisyan Fransanın nüfuzundan istifadə edərək Qarabağda atəşkəs rejimini uzatmaq istəyir. Sarkisyanla görüşdə Fransa prezidenti Fransua Olland deyib ki, status-kvonun dəyişdirilməməsi qəbuledilməzdir və münaqişənin həllinin əsas şərti Madrid prinsipləri-güc tətbiq etməmək, ölkələrin ərazi bütövlüyünə hörmət və xalqların öz müqəddəratını təyin etmək haqları qalmaqda olduğunu bildirib. Bizim istəyimiz də münaqişənin Azərbaycanın ərazi bütövlüyünə hörmət edərək dövlət sərhədləri çərçivəsində həll olunmasıdır. Əgər belə olmazsa müharibə qaçılmaz olacaq və Sarkisyanın öz himayədarlarına yalvarışlarının nəticəsi olmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə