Dəmiryolu vağzalında baltalı hücum YARALANANLAR VAR

Dəmiryolu vağzalında baltalı hücum YARALANANLAR VAR

Gecə saatlarında Almaniyanın Düsseldorf şəhərinin dəmiryolu vağzalında naməlum şəxsin insanlara baltalı hücumu baş verib. SİA xəbər verir ki, bu barədə məlumat yayan "The Telegraph" agentliyinə görə, vağzalın binası silahlı polislərlə əhatəyə alınıb və qatarlar həmin stansiyada dayanmadan gedirlər.

Almaniyanın "Bild" qəzeti isə yazır ki, artıq iki nəfər şübhəli şəxs tutulub. Digər iki nəfər şübhəli isə hələ də axtarışdadır.

Baltalı hücum zamanı dörd nəfərin yaralandığı bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə