Novruz bayramında Əfv Sərəncamı ola bilər MÜNASİBƏT

Novruz bayramında Əfv Sərəncamı ola bilər MÜNASİBƏT

"Ümumiyyətlə Əfv Sərəncamının nə zaman imzalanacağını yalnız cənab Prezident İlham Əliyev müəyyən edir. Çünki əfv Prezidentin müstəsna konstision hüquqlarındandır. Amma Əfv Komissiyasının iclasları davam edir. Artıq xeyli sayda ərizəyə baxılıb. Buna baxılaraq müvafiq rəy hazırlanması barədə qərar qəbul edilib". Bunu SİA-ya Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq Əfv Komissiyasının iclasları davam edəcək. Bütövlükdə komissiyaya 800-dən artıq müraciət daxil olub. Bu müraciətlərin hər biri detallı şəkildə araşdırılır və müvafiq rəylər hazırlanır. Cənab Prezident tərəfindən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası öz fəaliyyətini uğurla davam etdirir.

Novruz bayramı ərəfəsində Əfv Sərəncamı ola bilər. Çünki əvvəlki illərin təcrübəsinə baxdıqda görərik ki, daha çox Novruz bayramı ərəfələrində Əfv Sərəncamları olub. Ötən il də bu sözügedən Sərəncam məhz Novruzda olmuşdu. Amma bu məsələnin hüquqi tərəfi cənab Prezidentin səlahiyyətləri çərçivəsindədir".

Bütün xəbərlər Facebook səhifəmizdə