Erməni analitik: “Xalqda müharibə panikası yaranır, hakimiyyət isə bundan istifadə edir” DÜŞMƏN KİV-i
"Son günlər Qarabağda Azərbaycanla təmas xəttində qeydə alınan gərginlik belə bir fikir yürütməyə əsas verir ki, müharibə yenidən başlaya bilər". SİA xəbər verir ki, bu barədə Ermənistanın 1.in.am saytının rus dili səhifəsində erməni analitiki Musa Mikaelyanın yazısında bildirilir.
"Bu kimi müzakirələr bizim aramızda nə başladılmalı, nə də başa çatdırılmalıdır və həmin müzakirələri ya eşidiləcək tərzdə aparmaq, ya da ümumiyyətlə susmaq lazımdır"-deyə qeyd edən erməni analitiki qeyd edir ki, Ermənistanda sözügedən müzakirələr başladılır, sonra isə paralel olaraq unudulur.
M.Mikaelyan yazısında sual edir: "Bu, bizim əsas ictimai-siyasi səhfimizdir ki, uzun illərdir təkrarlayırıq. Bəs bu səhfin kökündə dayanan nədir?"
Erməni analitik bildirir ki, burada əsas təqsirkar mövcud hakimiyyətdir: "Ermənistanda hakimiyyəti ələ keçirmiş qrup, yaxud klan mövcuddur. Onlar ictimai rəyə təsir edərək, müharibə məsələsində total şəkildə yalan danışır və yalançı sevinc hissləri yaradaq müharibə məsələlərinin dövlətin yurisdiksiyasında, cavabdehliyində olduğunu aşılayır. Həqiqətdə isə əziyyət çəkən yenə də xalqdır".
Musaelyan yazır ki, Ermənistanda məhz bu yolla dövlət təhlükəsizliyini təmin etməyə çalışan ictimai müqavimətin qarşısı alınıb: "Hakimiyyət tək şəkildə manevr etmək imkanı əldə edib və kulisarxası siyasətdə də bu məsələ ətrafında siyasət yürüdür. Bununla da xalqda müharibə panikası yaranır ki, hakimiyyət də həmin imkanı əldən verməyərək, xalqı istədiyi kimi idarə edir".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB