Niyaməddin Orduxanlı: "İsa Qəmbər heç"125"-ci də ola bilmir" AÇIQLAMA
"Radikal müxalifət yarandığı gündən bu günə kimi bir-biri ilə amansız mübarizə aparıb. Demək olarki heç zaman bu proses dayanmayıb". Bunu SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavinin sözlərinə görə, onlar üzdə bir-birinə gülsələr də, daxilən bir-birinə qarşı patoloji nifrət etdiklərini çox yaxşı bilirlər: "Mübarizənin də əsas səbəbi radikal müxalifətin birincisi olmaqdır. Bütün ömürlərini buna həsr ediblər. 20 ildən artıqdır İsa Qəmbər müxalifət daxilində özünü Elçibəydən öndə görmək istəyi ilə yaşadı və fəaliyyət göstərdi. Bir o qədər də müddətdir ki, Əli Kərimli özünü İsa Qəmbərdən öndə görmək üçün fəaliyyət göstərir. "Birinci" olmaq səbəb idi ki, 1998-ci il də müxalifətin prezident seçkilərində vahid namizəd olmaq ideyası reallaşmadı. O zaman İsa Qəmbər Elçibəyə güzəştə getmədi. Dedi ki, "bir dəfə bu ölkə də ikinci şəxs olmuşam, bundan sonra birinci olacam". Ancaq zaman keçdi bəlli oldu ki, İsa Qəmbər bu ölkədə heç "125"-ci də ( Milli Məclis üzvülərinin sayıdır ) ola bilmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB