“Fransua Olland çox cılız maraqlara xidmət edir” Millət vəkili

“Fransua Olland çox cılız maraqlara xidmət edir” Millət vəkili

"Fransa prezidenti Fransua Ollandın Dağlıq Qarabağ "əhalisi"nin öz müqəddəratını təyinetməsi ilə bağlı səsləndirdiyi fikirlər qəbuledilməzdir və Minsk qrupunun həmsədri olan dövlətin rəhbərinə yaraşmayan bir ifadədir". Bunu SİA-ya açıqlamasında millət vəkili, politoloq Rasim Musabəyov Ollandın erməni icması ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi fikirə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu cür ifadələrin işlənməsi Ollandın seçkilərdə öz partiyasına ermənilərin dəstəyini qazanmağa yönəlib: "Fransada indiyə kimi Olland qədər nüfuzu aşağı olan prezident olmayıb. Onun nüfuzu o qədər aşağıdır ki, ikinci dəfə namizədliyini irəli sürməkdən boyun qaçırdı. Bu cür ifadələrlə o, çox cılız maraqlara xidmət edir".R.Musabəyov əlavə edib ki, öz müqəddəratını təyinetmə Madrid prinsiplərində də var, lakin Olland ilk növbədə əsas prinsip olan ərazi bütövlüyünü vurğulamalı idi: "Sadəcə olaraq öz müqəddəratını təyinetmə prinsipini vurğulamaqla konkret olaraq seçkidə öz partiyasına ermənilərdən dəstək almaq məqsədini güdür. Açığı iki aydan sonra prezidentlik kürsüsünü tək edən dövlət başçısına məsələyə bü cür yanaşmaq yaraşmır".

Bütün xəbərlər Facebook səhifəmizdə