Xocalı soyqırımı ilə bağlı qanun layihəsinin təqdimatı keçiriləcək

Xocalı soyqırımı ilə bağlı qanun layihəsinin təqdimatı keçiriləcək

Fevralın 10-da Parlamentdə Milli Məclis, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Qüdrətli Azərbaycan Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüququ aspektlərinin öyrənilməsi" layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, toplantı layihə çərçivəsində hazırlanmış "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təqdimatına həsr olunur.

Qanun layihəsini Milli Məclisin inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov təqdim edəcək.

Təqdimat mərasiminə millət vəkilləri, aidiyyatı dövlət qurumları, hüquq mühafizə orqanları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə