Elşən Musayev: “Ermənistandakı qat-qat zalım əsirlikdir” MÜNASİBƏT
"Ümumiyyətlə Azərbaycan vətəndaşlarının girovluqda olması təbii ki, hamımızı üzən hadisələrdən biridir. Burada həssas olan məqam orasındadır ki, Azərbaycan vətəndaşı bir başqa torpağa daxil olmayıb. Azərbaycan vətəndaşı öz Vətənində, torpağında girov saxlanılır. Hansı ki, Qarabağ əsirlərlə bizə məxsus olub". Bunu SİA-ya açıqlamasında millət vəkili Elşən Musayev deyib.
Deputatın sözlərinə görə, Azərbaycan bu məsələlərlə bağlı bir çox tədbirlər görür: "Bununla bağlı beynəlxalq konvensiyalar var. Bu məsələlərlə müxtəlif beynəlxalq təşkilatlar, dövlətlər məşğul olur. İki gün bundan öncə Azərbaycanın şəhid olmuş əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfindən alınaraq ölkəmizə gətirilməsi və onun "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülməsi belə son dərəcə məni qürurlandırdı. Allah cənab Prezidentdən razı olsun ki, hər addımı ilə həm Azərbaycan xalqını, şəhid olmuş əsgəri, həm də o əsgərin ailəsini sevindirə bildi. Hətta deyərdim ki, Ermənistandakı əsirlik II Dünya müharibəsindəki alman əsirliyindən belə qat-qat zalım əsirlikdir. Bunlar vandalizmin kuliminasiyasıdır. Azərbaycan hər bir şey edir. Ölkəmizin bundan sonra edəcəyi ən gözəl iş o olacaq ki, öz torpaqlarımız tezliklə qayıdacaq. Bildiyiniz kimi Avropa Şurasında, ATƏT-də, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı məlum qətnamələrində də bu məsələ hər dəfə qaldırılır və xatırladılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB