"Rusiyanın Liberal Demokrat Partiyasının(RLDP) sədri Vladimir Jirinovskinin bəyanatı Azərbaycanın əleyhinə deyil, daha çox prezident seçkiləri kampaniyasında seçiciləri cəlb etməyə yönəlib". SİA-nın məlumatına görə, bunu rusiyalı politoloq Sergey Markov deyib. Onun sözlərinə görə, bu açıqlama birbaşa prezident seçkiləri ilə əlaqədardır: "Jirinovskinin məlum fikirlərinin Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarus, Ukrayna ilə heç bir əlaqəsi yoxdur. Bu, birbaşa Rusiyada prezident seçkisi kampaniyasına hesablanıb. Jirinovski bu yaxınlarda bəyan etdi ki, prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. Prezident seçkilərindən sonra isə onu Dövlət Dumasına seçkilər gözləyir".
Ekspert hesab edir ki, bununla Jirinovski özünün seçicilərinin sayını artırmaq istəyir: "Bir epizodu xarırlamaq yerinə düşər. Jirinovski Dövlət Dumasında qadınla dava etdi. Növbəti gün jurnalistlər ondan hadisənin necə baş verdiyini soruşdular. Jirinovski bildiridi ki, həmin gün maqnit fırtınası olub, onun bürcü isə buna çox həssasdır. Hesab edirəm ki, cavab çox gözəl idi. Çünki Jirinovski bu vəziyyətdən qalib çıxmağı bacarmışdı. Əgər bunu başqa siyasətçi, Zyuqanov, Yavlinski desəydi, seçicilər həmin şəxslərdən üz döndərərdi. Amma Jirinovskinin seçiciləri yox, onların belə xoşuna gəlir".
Markov əlavə edib ki, RLDP lideri çox yaxşı başa düşür ki, heç kəs SSRİ-ni bərpa etmək niyyətində deyil. Politoloq deyib ki, bu açıqlamanı təxribat kimi qəbul etməyinə dəyməz: "Bu, Jirinovski tərəfindən təxribat, müttəfiq respublikaların müstəqilliyinə qəsd deyil. Jirinovski Azərbaycanın dostudur. O, Bakıda oldu, ölkənin ünvanına çox gözəl sözlər dedi və deməkdə də davam edəcək. Azərbaycan müstəqil suveren dövlətdir, vaxt gələcək böyük regional birliklər yaranacaq. Rusiya müstəqil dövlətlərləxüsusilə iqtisadi sahədə yeni ittifaqlar qurmağa üstünlük verir. Hesab edirəm ki, Rusiya, Gürcüstan, Türkiyə, Azərbaycan və bir çox digər ölkələr böyük regional ittifaqa çevriləcək. Türkiyə isə yeni Avrasiya İttifaqında aparıcı qüvvə olacaq. Burada Rusiyanın siyasəti şəffaf və aydındır. Ona görə də birbaşa Jirinovskinin bəyanatı üzərində dayanmağına dəyməz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB