Azər Həsrət: “Emin Milli və digərləri ruhunu şeytana satmış adamlardır” AÇIQLAMA

Azər Həsrət: “Emin Milli və digərləri ruhunu şeytana satmış adamlardır” AÇIQLAMA

"Ümumiyyətlə Emin Milli və digərləri ruhunu şeytana satmış adamlardır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, onlar Azərbaycanlı olub ölkəmizə qarşı fəaliyyəti öz həyat kredosuna çevirmiş şəxslərdir: "Təbiidir ki, bunların əməlləri anti Azərbaycan xarakterlidir. Bu da təsadüfi deyil. Çünki bu adamlar özlərini Azərbaycanda layiqincə realizə edə bilmədiklərinə, layiqli vətəndaş olub bu dövlətə, xalqa xidməti bacarmadıqlarına görə məcburiyyət qarşısında xaricdə bəzi dairələrə qulluq etməyə başlayıblar. Hətta deyərdim ki, bu işə uzun müddət öncə başlayıblar. Təbii ki, indi də həyatda qala bilmək, özlərini ayaqda tuta bilmək üçün bu cür əməllərdən geri çəkilə bilmirlər. Bu adamların qarşısına konkret tapşırıqlar qoyulur və həmin vəzifələri də icra etməyə məcburdurlar. Yəni bu adamlar faktiki olaraq anti Azərbaycan qüvvələrin girovudurlar. Təbiidir ki, belə olan halda onlara verilən tapşırıqları icra etməyə bilməzlər. Ona görə də yeri gəldi-gəlmədi, dəxli oldu-olmadı anti Azərbaycan fəaliyyətlərini nümayiş etdirirlər".

A.Həsrət əlavə edib ki, elə cənab Prezident İlham Əliyevin Brüsselə səfəri zamanı da bu adamların belə cəhdlər etməsi bundan xəbər verir: "Amma həmin adamlar bir şeyi unudurlar ki, kənarda oturub Azərbaycanla bağlı bu cür mənfi rəy yaratmağa çalışmaları fayda verməyəcək. Çünki Azərbaycanın daxilində ölkə xalqı cənab Prezidentin arxasındadır. Ölkədə aparılan siyasət millət, xalq tərəfindən düzgün qiymətləndirilir. Ona görə də belə adamların, çevrələrin anti Azərbaycan kampaniyaları heç bir fayda verməyib və verməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə