Aşqabadda Xəzəryanı ölkələr arasında imzalanacaq ticarət-iqtisadi əməkdaşlıq üzrə saziş layihəsinə dair müzakirələr başlayıb. SİA "krasnews.com"a istinadən xəbər verir ki, iclasda sahilyanı ölkələrin - Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İranın müvafiq nazirlik və qurumlarının səlahiyyətli nümayəndələri iştirak edir.
Türkmənistan tərəfindən hazırlanan layihənin məqsədi regionda ticarət-iqtisadi əməkdaşlığın canlandırılmasıdır. Saziş layihəsinin təşəbbüskarı Türkmənistan prezidenti Qurbanqulu Berdımuhamedovdur. O, Xəzəryanı ölkələrin rəhbərlərinin 2014-cü ildə Həştərxanda keçirilən IV zirvə görüşündə belə bir təşəbbüs irəli sürüb.
Rəsmi Aşqabad hesab edir ki, bu sənəd Xəzəryanı ölkələr arasında ticarət və iqtisadi əlaqələri şaxələndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB