"Almaniya terrola mübarizə məsələsində qərarlıdır". SİA-nın məlumatına görə, bunu Ankarada səfərdə olan Almaniya kansleri Angela Merkel keçirdiyi mətbuat konfransında deyib.
Bu ölkədəki FETÖ-cuların Türkiyəyə təhvil verilə bilməsinə münasibət bildirən kansler söyləyib ki, bu addımı atmaq üçün əlimizdə sübutlar olmalıdır: "Məhkəmələr tərəfindən təqdim edilən sübutlar araşdırılır. Ədliyyə qurumları tərəfindən görüşlər keçirilir. Biz məhkəmlərin müstəqil araşdırmasının nəticələrinə hörmət etməliyik". Merkel onu da vurğulayıb ki, Almaniyada müsəlmanların öz inanclarını yerinə yetirməsində heç bir ayrı-seçkilik yoxdur: "Müsəlman icmaları terrora qarşı səslərini hər zaman qaldırıblar. Bizim insanlarımızın müsəlmanalara çox yaxşı münasibəti var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB