Avropa Parlamentinin plenar iclasında Gürcüstan vətəndaşlarının "Şengen ölkələrinə" vizasız gediş-gəlişlərini dəstəkləyən layihənin lehinə səs verilib. SİA xəbər verir ki, Gürcüstan telekanalları Avroparlamentin iclasını canlı olaraq yayımlayıblar. İclasda bildirilib ki, Avropa İttifaqı hər hansı qanun pozuntusu aşkarlayarsa, Gürcüstana tədbiq ediləcək vizasız rejim mexanizmini yenidən işə salacaq.
Debatlar nəticəsində avroparlamentarilərin çox hissəsi Gürcüstan vətəndaşlarının "Şengen ölkələri"nə vizasız gediş-gəlişlərini qərarını dəstəklədiklərini bildiriblər. Lakin Böyük Brtitaniya və Hollandiya kimi öplkələrin deputatları bu qərarın vaxtından əvvəl verildiyini deyərək, Avroparlamentin tələskənlik etdiyini vurğulayıblar.
Bundan öncə isə Avropa Parlamentinin Grcüstan üzrə məruzəçisi Mariya Qabriel jurnalistlərlə söhbətində bəyan etmişdi ki, bəzi texniki prosedurlardan sonra mart ayının sonlarından etibarən Grücüstan vətəndaşları Avropa İttifaqı ölkələrini vizasız şəkildə daxil olacaqlar.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze qərarla bağlı keçirdiyi brifinqdə ölkə vətəndaşlarını bu münasibətlə təbrik edib.
"Biz Avroparlamentdə Gürcüstana olan birmənalı dəstəyi gördük. Biz Avropa ilə yaxınlaşma siyasətini daha da gücləndirəcəyik"-deyə nazir vurğulayıb.
Canelidzenin sözlərinə görə, vizasız rejimin tədbiqi Abxaziya və Cənubi Osetiya sakinlərinə də şamil olacaq.
"Vizaların liberallaşması işğal altında qalan vətəndaşlarımıza da şamil olacaq. Biz nəninki vizaların liberallaşması, eləcə də Avropaya inteqrasiya siyasətində Abxaziya və Sxinvali regionunun sakinlərinin maksimal şəkildə yararlanmalarını istəyirik"- Mixail Canelidze sonda qeyd edib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB