"XİN rəhbərlərinin Münhendə görüşünü təşkil etməyə hazırıq" Rusiyalı həmsədr

"XİN rəhbərlərinin Münhendə görüşünü təşkil etməyə hazırıq" Rusiyalı həmsədr

ATƏT-in Minsk qrupunun həmsədrləri fevralın ortalarında Münhen təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyə hazırdır. SİA TASS-a istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov deyib. O bildirib ki, həmsədrlər konfrans çərçivəsində hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda məsləhətləşmələr aparmaq niyyətindədir: "Əgər nazirlər maraq göstərsələr, biz onların birgə görüşünü təşkil edəcəyik".

Həmsədr vurğulayıb ki, ötən yay Sankt-Peterburqda əldə olunan razılaşmaya əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya-Azərbaycan-Ermənistan formatı üzrə işlər davam etdirilir: "Bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi XİN rəhbərləri Sergey Lavrov, Edvard Nalbandyan və daha sonra Elmar Məmmədyarovla müzakirə olunub. Əgər şərait tələb etsə, üçtərəfli görüşün keçirilməsi mümkün ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə