Azərbaycan-Moldova əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Moldova əməkdaşlığı müzakirə edilib

Azərbaycanın Moldovadakı səfiri Qüds Osmanov bu ölkənin baş naziri Pavel Filiplə görüşüb. SİA-nın məlumatına görə, görüşdə ikitərəfli əməkdaşlığın inkişafı və daha da genişləndirilməsi imkanları müzakirə edilib. Baş nazir diplomatik əlaqələrin 25-ci ildönümündə əldə edilən nəticələri yüksək qiymətləndirib, rəsmi Kişinyovun Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsinə hazır olduğunu vurğulayıb. P.Filip ticarət dövriyyəsinin artırılması imkanlarının olmasına da diqqət çəkib.

Səfir Q.Osmanov öz növbəsində, diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün səylər göstərəcəyini deyib. Həmçinin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin canlanması və iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun təşkilinədair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə