Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 fevral - Gənclər Günü ilə əlaqədar tədbir keçirib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov, Milli Məclisin vitse-spikeri Bahar Muradova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, gənc fəallar və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə YAP GB-nin ötənilki fəaliyyətini əks etdirən hesabat xarakterli fotoslayd təqdim edilib. Mərasimdə çıxış edən Baş nazirin müavini, YAP-ın Sədr müavini - icra katibi Əli Əhmədov bildirib ki, bu illər ərzində Azərbaycanda gənclərin təhsil alması, inkişafı, işlə təmin olunması, müasir dünyaya inteqrasiya etməsi, bütövlükdə müasir biliklərə yiyələnməsi və müasir dəyərlərə malik olan vətəndaş kimi tərbiyə alıb böyüməsi istiqamətində böyük işlər görülüb.
Ə.Əhmədov diqqətə çatdırıb ki, bu gün ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB