“Ermənistan seçkiləri təxirə salmaqla növbəti şousunu keçirmək niyyətindədir” AÇIQLAMA
"Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təxirə salınması ötən ilin aprel döyüşləri ilə bağlıdır". Bunu SİA-ya açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, aprelin 2-si ötən ilin aprel döyüşləri nəticəsində həlak olanların ildönümünə düşdüyü üçün Ermənistan hakimiyyəti bundan istifadə edərək növbəti şousunu həyata keçirmək niyyətindədir: "Ermənistan növbəti dəfə ölkəmizə qarşı təxribatlarını davam edərək bu hadisənin il dönümündən istifadə edib, bütün dünyaya çar çəkəcək ki, guya Azərbaycan tərəfi onları atəşə tutur, insanlarını qırır. Çox güman ki, Ermənistan o ərəfədə növbəti şousunu göstərmək niyyətinə düşüb və bunu parlament seçkiləri ilə eyni zamana salmamaq üçün seçkiləri təxirə salmaq qərarına gəliblər. Bu da o deməkdir ki, artıq Ermənistan bütün yollara əl atmaqla, öz daxili auditoriyasının başını qatmağa çalışır. Lakin burada ən təəssüf edici hal, həmsədrlərin məsələyə göz yummasıdır. Onlar düşmən ölkəni öz əməllərindən çəkindirməyə çalışmalı, eyni zamanda bildirməlidirlər ki, bu oyunlar gec-tez aprel döyüşlərinin təkrarlanmasına yol aça bilər. Bu addımlar atılmadığına görə, Ermənistan hakimiyyətinə növbəti tərxribat üçün imkanlar yaradır".
Politoloq qeyd edib ki, seçkilərin təxirə salınması heç nəyə təsir edə bilməz: " Artqı seçkilərin taleyi müəyyənləşib və proseslərin necə gedəcəyini də təxmin etmək mümkündür. Hansı məsələlərin kimlər tərəfindən alver predmetinə çevrildiyi demək olar ki, açıq şəkildə görünür. Hazırda Ermənistanda Qarabağ klanının iki əsas nümayəndələri arasında siyasi alver gedir. Maraqlı məqam odur ki, Sarkisyanın komandasının əsas üzvləri vəziyyətdən ehtiyatlanaraq, Koçaryanın dəstəsinə qoşulmağa üstünlük verirlər. Bütün bunlar Sarkisyan üçün yaxşı əlamət omadığından, düşmən ölkə rəhbəri insanların diqqətini bu kimi proseslərdən maksimum yayındırmaq üçün cəbhədə müxtəlif təxribatlara əl atmağa çalışacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB