Baş redaktor: “Ölkə başçısı hər zaman optimal mexanizm və yolları tətbiq edir” MÜNASİBƏT

Baş redaktor: “Ölkə başçısı hər zaman optimal mexanizm və yolları tətbiq edir” MÜNASİBƏT

"Prezident İlham Əliyevin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" fərmanı əslində qaçqın və məcburi köçkünlərin çoxdan gözlədiyi bir fərman idi. Ölkə başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, əhalinin aztəminatlı təbəqəsi kimi onların problemlərinin həllində daha optimal mexanizm və yolları tətbiq edir". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin pərakəndə olaraq müxtəlif formalarda və vasitələrlə köçürülməsi bəzi hallarda o yardımların həmin şəxslərə operativ şəkildə, vaxtında çatmasına müəyyən bürokratik əngəllər yarada bilərdi: "Ona görə də belə mümkün halların olmaması üçün cənab Prezident tamamilə doğru qərar qəbul etdi ki, aylıq müavinətlər birbaşa onların öz hesablarına köçürülsün. Düşünürəm ki, bu, Azərbaycanda sosial qayğıya ehtiyacı olan təbəqənin həm hüquqlarının qorunması, həm də birbaşa xidmətin təşkili ilə bağlı yeni bir addımdır. Çünki xidmət nə qədər birbaşa olarsa, həm aylıq müavinətlər bir o qədər ünvanına tez çatar, həm də daha effektiv olar. Bu məsələlər bir fərmanla həll edildi. Cənab Prezident Azərbaycanda sosial dövlət fəlsəfəsinin hüquqla nə qədər tamamlandığını bir daha göstərmiş oldu".

Bütün xəbərlər Facebook səhifəmizdə