Sədr: “ABŞ Ermənistanı Gürcüstan üçün hərbi təhlükə kimi qəbul edir” MÜNASİBƏT
"2016-cı ildə Dağlıq Qarabağ tənzimlənməsinə Gürcüstanın cəlb olunması, Mərkəzi Asiyanın marağı artıb". Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, 2016-cı ildə Könüllü və ya məcburiliyindən asılı olmayaraq Gürcüstan Dağlıq Qarabağ tənzimlənməsinə aktiv cəlb olunub:
I. Dağlıq Qarabağ münaqişəsi regionunda dörd günlük müharibə Gürcüstanın rəhbərliyində və ictimai-siyasi mühitində qorxuya söykənən aktivlik yaratdı: Qarabağdakı müharibə hər an Gürcüstanın ərazisinə keçə bilər. Y.Kellinin bu məsələdə Gürcüstanın o zamankı müdafiə naziri T.Xidaşeli ilə təmasda olmasını etiraf etməsi xüsusi diqqət çəkir.
Dörd günlük müharibə zamanı T.Xidaşeli informasiya siyasəti sahəsində məhz Ermənistanın Müdafiə Nazirliyinin köməkçisi qismində çıxış etdi.
II. Gürcüstanın paytaxtı Tbilisidə İsveçrənin ATƏT PA-dakı nümayəndə heyətinin başçısı F. Lombardinin təşəbbüsü ilə ATƏT PA –dakı İsveçrə, Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü keçirildi.
III. Ermənistan-Gürcüstan sərhədinin Sadaxlo sektorunda elektron monitorinqin idarə olunma sistemi istifadəyə verildi. Açılış mərasimində Gürcüstanın daxili işlər naziri Q.Mqebrişvili, ABŞ-ın Gürcüstandakı səfiri Y.Kelli, ABŞ-ın birgə hərbi təhlükələri azaldılması üzrə Agentliyinin direktoru Elizabet Corc, Gürcüstan daxili işlər nazirinin müavini, Gürcüstanın sərhəd polisinin rəisi Zurab Qamezardaşvili iştirak etdilər. Bu elektron monitorinq mərkəzinin mühüm siyasi təyinatı var: ABŞ Ermənistanı real olaraq Gürcüstan üçün hərbi təhlükə kimi qəbul edir.
Ermənistan uzun müddət sərhədin Sadaxlo sektorunda məhz Gürcüstan vətəndaşı olan azərbaycanlıları həbs edirdilər. Guya sərhədi pozublar. Delimilitasiya və demarkasiya olunmamış sərhədin pozulmasını yalnız ermənilər "müəyyənləşdirə bilir". Gürcüstan vətəndaşı olan azərbaycanlıları incitməkdə Ermənistanın əsas məqsədi Azərbaycanla Gürcüstan arasında gərginlik yaratmaq idi. ABŞ Ermənistanın belə siyasətini Gürcüstana, eləcə də bütün Gənubi Qafqaza təhlükə kimi qəbul etdiyini nümayiş etdirdi və qarşısını almaq üçün vacib tədbir gördü.
IV. Ermənistanın İran qazının tranziti ideyasını Gürcüstan rədd etdi. Bu ideya Dağlıq Qarabağ mövzusu kontekstindən antiAzərbaycan mahiyyətli idi.
Hadisələrin gedişi yaxın gələcəkdə Gürcüstanın Dağlıq Qarabağ mövzusuna qoşulmasını daha da artıra bilər.
Mərkəzi Asiya regionu ölkələridə əvvəlki illərlə müqayisədə Dağlıq Qarabağ mövzusuna maraq dəfələrlə artıb.
Region mətbuatında etnik erməniləri nisbi çoxluğuna baxmayaraq Dağlıq Qarabağ mövzusunda obyektiv materiallar prioritet təşkil edib.
Regionun dövlət başçıları və rəsmiləri Dağlıq Qarabağ münaqişəsi kontekstində yalnız Azərbaycanın ərazi bütövlünü dəstələyiblər. Qazaxıstanın, eləcə də Qırğızıstanın aktivliyi diqqət çəkir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB