Bakıda Xəzərin hüquqi statusuna dair görüş keçiriləcək

Bakıda Xəzərin hüquqi statusuna dair görüş keçiriləcək

"Xəzərin hüquqi statusu ilə bağlı ikomissiyanın növbəti iclası yanvarın sonunda Bakıda keçiriləcək". SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, bu iclas nazirlərin görüşünə hazırlıq xarakteri daşıyacaq: "Həmçinin, konvensiya layihəsinin razılaşdırılmamış məsələləri üzrə iş aparılacaq. Təbii ki, sammitin 2017-ci ildə keçirilməsi üçün hazırıq işlərinə dair məsələlər də müzakirə olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə