Azərbaycan Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Zati-aliləri cənab Almazbek Atambayevə başsağlığı məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli Almazbek Şarşenoviç, Bişkek yaxınlığında təyyarə qəzası nəticəsində insanların faciəli şəkildə həlak olması xəbəri məni dərindən kədərləndirib. Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB