Rusiya və Türkiyə xarici işlər naziləri arasında növbəti dəfə telefon danışığı olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sergey Lavrovla Mövlud Çavuşoğlu Suriyaya dair Astanada keçiriləcək görüş barəsində fikir mübadiləsi aparıblar.
Həmçinin, nazirlər ötən il dekabrın 29-da Suriya hökuməti və müxalifət arasında bağlanmış atəşkəs müqaviləsini, həmçinin iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB