Sarqsyan: “Yaxın günlərdə meymunluqlarını görəcəyik” OHANYAN HƏDƏFDƏ
"Seyran Ohanyan orduda mövcud olan bütün problemlərə görə cavabdehlik daşıyır". SİA xəbər verir ki, bu barədə 1in.am saytına birinci Qarabağ müharibəsi zamanı işğalçı orduda hərbi xidmət keçmiş erməni veteranı Suren Sarqsyan deyib.
Onun sözlərinə görə, əgər Ohanyan layiqli general olsaydı heç vaxt ordunu xalqa qarşı çıxmağa qoymazdı. "Özünə hörmət edən komandir saxta seçkilər nəticəsində dövlət başçısı seçilmiş biri tərəfindən ona verilən əmri yerinə yetirməzdi", - deyə qeyd edən Suren Sarqsyan həmin vaxt Ohanyanın hətta öz rütbəsindən imtina etməli olduğunu bildirib: "Bu addımı atsaydı, Ohanyan indi millətin generalı olardı".
Erməni veteran Ohanyanın yeni addımını təhlil edərkən bildirib: "Lakin indi də o siyasətə girişib və indi də özündən "pak" adam düzəltməyə çalışır".
Sarqsyanın sözlərinə görə, hazırda ölkədə vəziyyət çox pisdir: "Ermənistanda kriminogen vəziyyət hökm sürür. Yaxın günlərdə biz siyasi xadimlərin meymunluqlarını görəcəyik. Mən normal insanları deyil, oyun oynayanları nəzərdə tuturam".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB