Trampla Obama arasında “səmimi” telefon söhbəti

Trampla Obama arasında “səmimi” telefon söhbəti

Donald Tramp və Barak Obama "çox səmimi" telefon danışığı aparıblar. SİA xəbər verir ki, bu barədə "Rossiya 24" telekanalı məlumat yayıb. Sözügedən fikirləri isə jurnalistlərə milyarderin özü deyib. Belə ki, o daha öncə hazırkı prezidentin bəyanatlarını "təxribatçı" adlandıraraq onun öz postunu normal şəkildə və asan təhvil vermək istəmədiyini iddia etmişdi. Lakin az sonra Tramp fikirlərini dəyişib.

O cümlədən bəlli olub ki, Tramp innaqurasiya çıxışını şəxsən özü yazacaq. "The Washington Post"un yazdığına görə, milyarder çıxışında sabiq və mərhum prezidentlər Ronald Reyqan, Con Kennedidən ifadələr gətirəcək. Tramp 2017-ci il yanvarın 20-dən rəsmən prezident kürsünə oturacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə