Metropoliten rəsmisi Şaxta baba oldu SƏS TV

Metropoliten rəsmisi Şaxta baba oldu SƏS TV

Bu gün Metronun 28 May stansiyasında sərnişinlər sürprizlə qarşılaşıb. Anidən ortalığa çıxan Şaxta baba və Qar qız Yeni il münasibətilə metronun balaca sərnişinlərinə kiçik hədiyyələr verib, bayramlarını təbrik edib.

SİA-nın məlumatına görə, şaxta baba obrazında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin olması böyük maraqla qarşılanıb.

Nəsimi Paşayev jurnalistlərə açıqlamasında Şaxta baba olmağın çox gözəl hiss olduğunu deyib: "Biz istədik ki, balaca sərnişinlərimizi təbrik edək, onların Yeni il bayramlarına rəng qataq. Qərara gəldik ki, Şaxta baba və Qar qız obrazında metropolitenin əməkdaşları olsun. Məqsədimiz odur ki, sərnişinlərlə söhbət edək, onların irad və təkliflərini dinləyək".

Nəsimi Paşayev kiçik hədiyyələrdən metronun işçilərinə də təqdim edib: "Metropolitenin əməkdaşları 24 saat işləyirlər. Buna görə onlara da bu kiçik hədiyyələrlərdən veririk ki, öz övladlarını, nəvələrini sevindirsinlər".

Qeyd edək ki, Qar qız obrazında metropolitenin xidmət şöbəsinin rəisi Lalə Babayeva olub.

Bütün xəbərlər Facebook səhifəmizdə